Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətlərinə yenə də manatla kredit ayıra bilər


Digərləri 07 Fev 2019 14:01:00 210 0

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətlərinə yenə də manatla kredit ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır.

Son.az xəbər verir ki, bunu Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

O bildirib ki, yerli kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşdirmə AYİB-in Azərbaycanda əsas prioritetlərindən biridir: "Əsasən milli valyutada gəlir qazanan şirkətlər valyuta riskləri ilə üzləşməməlidirlər".

Xanım İ.Duarte Azərbaycanda manat istiqrazlarının buraxılması prosesindən də danışıb:

"Bu proses zəruri hüquq bazanın olmasından, həmçinin münasib bazar şərtlərindən asılıdır. Bütün zəruri elementlər təmin olunan kimi müvafiq informasiyanı təqdim edəcək və manat istiqrazlarının buraxılışını elan edəcəyik".