Azərbaycanlı müğənni yol qəzasında öldü FOTO


Digərləri 07 Fev 2019 13:57:27 250 0

Azərbaycanlı müğənni yol qəzasında öldü  FOTO

Qax rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə aid fotolar