Fermerlərlə görüşən nazir onları həm məlumatlandırdı,


Digərləri 07 Fev 2019 13:32:00 195 0

Fermerlərlə görüşən nazir onları həm məlumatlandırdı,

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.

Nazirlikdən Son.az-a verilən əmlumata görə, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qabaqcıl, təcrübəli fermerlərindən təşkil olunmuş Fermerlər Şurasını çox faydalı format adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini imzalanmış son Fərmanlarla bağlı məlumatlandırıb.

İştirakçılara DAİM-lərin iş prinsipləri, Aqrar Xidmətlər Agentliyinin yaradılması zərurəti¸ Aqrar Kredit və İnkişaf Agentliyinin əsas funksiyaları, "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin qarşısına qoyulmuş vəzifələr, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin üstünlükləri barədə geniş məlumat verilib. Nazir İnam Kərimov fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacağını xatırladıb. O qeyd edib ki, artıq güzəştli qaydalarla satış bütün təchizatçı şirkətlərə tətbiq olunacaq, yeni qaydalar kənd təsərrüfatı texnikası bazarında ədalətli rəqabət mühiti formalaşdıracaq. 

Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanlı sertifikatlı toxumdan istifadə, gübrə və herbisidlərlə təminat, aqrar xidmətlərin elektronlaşdırılması, Aqrar İnkişaf Könüllüləri Hərəkatının fəaliyyəti, "2019-2023-cü illərdə regionların sosial-iqtisadi İnkişafı" Dövlət Proqramından irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparıblar. Tanınmış fermerlərdən Bayram Əlləzov, Fatma Hüseynova, İldırım Məmmədov, Rafət Abbasov və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüblər, Şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.


Xəbərə aid fotolar