Seysmoloji Mərkəz: "Zəlzələnin episentrinə yaxın ərazilərdə əlavə mobil stansiyalar quraşdırıldı" FOTO


Digərləri 07 Fev 2019 13:35:00 245 0

Seysmoloji Mərkəz: "Zəlzələnin episentrinə yaxın ərazilərdə əlavə mobil stansiyalar quraşdırıldı"  FOTO

Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər.

Mərkəzdən Son.az-a verilən məlumata görə, zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb.

Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır.


Xəbərə aid fotolar