Komitə: "Bərdədə küçəyə atılan uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın"


Digərləri 07 Fev 2019 13:37:00 226 0

Komitə: "Bərdədə küçəyə atılan uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın"

Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, məsələ Komitənin nəzarətindədir: "Biz Bərdə Rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra uşaqlar qaytarılmalıdır".