İnter Mourinyonu gətirir?


İdman 07 Fev 2019 13:30:00 255 0

İnter Mourinyonu gətirir?

Hazırda işsiz olan Joze Mourinyo İnter-ə qayıda bilər.

Goal.az Football İtalia nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis keçmiş klubunun baş direktoru Cüzeppe Marotta ilə görüşəcək. İnter-in gələn mövsümdən Mourinyoya həvalə ediləcəyi gözlənilir. Əvvəllər Milan klubunun Antonio Konte ilə danışıqlar apardığı deylirdi. Lakin mütəxəssis xəbəri inkar edib. Konte Juventus, Chelsea və İtaliya millisində işləyib.

Mourinyo 2008-2010-cu illərdə İnter-i çalışdırıb. Klubla birlikdə İtaliya çempionatını, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb. Mourinyo sonuncu iş yeri olan Manchester United-dən ötən ilin dekabrında istefaya göndərilib.