Bakı Ali Neft Məktəbi və Polşanın "WSB" Universiteti arasında müqavilə imzalandı FOTO


Digərləri 07 Fev 2019 13:14:00 299 0

Bakı Ali Neft Məktəbi və Polşanın "WSB" Universiteti arasında müqavilə imzalandı  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Polşanın "WSB" Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Son.az xəbər verir ki, görüşdə BANM-ın rektoru Elmar Qasımov, WSB Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Rafal Rebilas, Beynəlxalq əlaqələr üzrə direktoru Pavel Urgacz və BANM-ın əməkdaşları iştirak ediblər.

Görüşdə tərəflər arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin mübadiləsi, elmi materialların mübadiləsi, birgə tədqiqat və təhsil layihələri üzrə əməkdaşlıq etmək üzrə razılığa gəlinib. Nəticə olaraq tərəflər bu istiqamətlər üzrə əməkdaşlığı özündə əks etdirən ikitərəfli əməkdaşlıq haqqında razılaşma imzalayıblar.


Xəbərə aid fotolar