Aynur Sofiyeva: "Onlar beyinlərə təsir göstərməyə çalışırlar"


Digərləri 07 Fev 2019 12:22:00 250 0

Aynur Sofiyeva: "Onlar beyinlərə təsir göstərməyə çalışırlar"

Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış" adlı tədbirdə deyib.

A.Sofiyeva bildirib ki, ailədəki problemlərin kökü araşdırılmalıdır: "Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb. Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar. Bizə yeni modelləri sırımaq istəyirlər. Proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiyaya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər".