Komitə sədri: "Ötən il Azərbaycanda 13 651 boşanma halı olub"


Digərləri 07 Fev 2019 12:13:00 207 0

Komitə sədri: "Ötən il Azərbaycanda 13 651 boşanma halı olub"

Şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda qanunvericilik baxımından ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış" adlı tədbirdə deyib.

A.Naxçıvanlı bildirib ki, bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur.