Rusiyada avtobus yük maşını ilə toqquşub:


Dünya 07 Fev 2019 11:50:00 197 0

Rusiyada avtobus yük maşını ilə toqquşub:

Bu gün səhər saatlarında Rusiyanın Nijni Novqorod şəhərində avtobus yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 37 nəfərin olduğu PAZ markalı avtobus yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində 21 nəfərə tibbi yardım göstərilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb kimi avtobus sürücüsünün idarəetməni itirməsi göstərilir.