Bakıda elçilikdən sonra sevdiyi qızı öldürüb, anasını yaralayan gənc məhkəmə önünə çıxarılır


Digərləri 07 Fev 2019 11:56:00 322 0

Bakıda elçilikdən sonra sevdiyi qızı öldürüb, anasını yaralayan gənc məhkəmə önünə çıxarılır

Bakıda qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.