Dövlət Komissiyası: Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb


Digərləri 07 Fev 2019 11:55:00 222 0

Dövlət Komissiyası: Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb

Bakı. Samir Əli - Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb. Trend-in məlumatına görə, ötən il ərzində itkin düşmüş 775 nəfərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb.