Qurban Yetirmişli: “Zəlzələnin afterşokları hələ davam edir”


Digərləri 07 Fev 2019 11:45:00 235 0

Qurban Yetirmişli: “Zəlzələnin afterşokları hələ davam edir”

Şamaxı-İsmayıllı bölgəsində fevral ayının 5-də saat 23:25 və 23:31-də baş verən zəlzələnin afterşokları hələ davam edir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, ərazidə enerji boşalması gedir, ümumi vəziyyət sabitdir: "Dünən axşamdan səhərə kimi hələ hiss olunan afterşok olmayıb".

Q.Yetirmişli qeyd edib ki, Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları fevral ayının 6-dan zəlzələ baş verə ərazidədir: "Zəlzələnin ocaq zonasında əlavə stansiyalar qurulub, tədqiqatlar aparılır. Dövlət başçısının tapşırığına əsasən, ərazidə gücləndirilmiş rejimdə seysmoloji iş aparılır".