Politoloq: "Ermənistanın populizmdən əl çəkərək regiondakı vəziyyəti doğru qiymətləndirəcəyinə ümid edirəm"


Siyasət 07 Fev 2019 11:11:00 245 0

Politoloq: "Ermənistanın populizmdən əl çəkərək regiondakı vəziyyəti doğru qiymətləndirəcəyinə ümid edirəm"

Rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış etməyə davam edir.

Son.az xəbər verir ki, bu barədə report-a azərbaycanlı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunin məzunu Mustafa Qurbanlı bildirib.

"Düşünürəm ki, ölkə rəhbərliyi bu çətin problemin həll yolunu tapacağına inanır. Diplomatiyanın uğuruna inanmasaydıq, müzakirələr masasında bir saniyə belə oturmazdıq. Azərbaycan güclü orduya və yüksək döyüş ruhuna malikdir. Aprel döyüşləri zamanı Azərbaycan bunu açıq şəkildə nümayiş etdirdi və Ermənistanda nəhayət, anladılar ki, Azərbaycan ordusu istənilən hərbi tapşırığı yerinə yetirmək üçün lazım olan hər şeylə təchiz olunub", - o deyib.

M.Qurbanlı qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti də bu reallığı başa düşür.

"Ümid edirəm ki, Ermənistan bu dəfə populizmdən əl çəkərək regiondakı vəziyyəti ayıq başla, doğru qiymətləndirəcək, yeganə doğru qərarı qəbul edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini azad edəcək", - politoloq fikrini tamamlayıb.