Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb (FOTO)


Digərləri 07 Fev 2019 10:54:07 221 0

Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb (FOTO)

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib. Son illər ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətinin yüksəlməsi, idarəetmə sisteminin yenidən qurulması istiqamətində görülən işləri qeyd edən F.Qurbanov Azərbaycan Təhsil Nazirliyi və Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumundan sonra bir çox layihələrin həyata keçirildiyini, orta və ali təhsildə müvafiq işlər görüldüyünü, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb. F.Qurbanov Bakı Dövlət Universitetinin respublikamızın aparıcı ali təhsil müəssisəsi olduğunu qeyd edərək elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.