Bakıda mineral gübrələr üzrə Argus konfransı keçiriləcək


Digərləri 07 Fev 2019 10:28:00 281 0

Bakıda mineral gübrələr üzrə Argus konfransı keçiriləcək

2019-cu il martın 14-15-də Bakıda “Boulevard Hotel Baku” otelində “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriəcək.

Bakı. 2019-cu il martın 14-15-də Bakıda “Boulevard Hotel Baku” otelində “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriəcək. Trend-in məlumatına görə, müzakirə olunacaq mövzular sırasında SOCAR Karbamid zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yükboşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və s. vardır. Xəzər regionu və Orta Asiya ölkələrində mineral gübrələrin istehsalı üzrə bu ölkələrin daxili bazarlarının tələbatını məhsul buraxılışına görə üstələyən yeni vasitələrin işə salınması Qara dəniz limanlarında ixrac təkliflərinin həcmini artıracaq. Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır. Sumqayıtda SOCAR Karbamid zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcək. Tədbir çərçivəsində SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək. Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribyutorları, nəqliyyat- logistika şirkətlərini bir araya gətirəcək.