Aeroport yolunda qəza tıxaca səbəb oldu


Digərləri 07 Fev 2019 10:14:00 193 0

Aeroport yolunda qəza tıxaca səbəb oldu

Bakıda səhər saatlarında aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iki "Mercedes" və bir "Volkswagen" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Hadisədə xəsarət alanlar olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Qəza yerinə Yol Patrul xidmətinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, qəza yolda qısamüddətli tıxaca səbəb olub.