Komitə sədri: Bəzən qızqaçırma, qıcqanclıq zəminində baş verən qətllər zorakılıq kimi qəbul edilmir


Digərləri 07 Fev 2019 09:18:41 217 0

Komitə sədri: Bəzən qızqaçırma, qıcqanclıq zəminində baş verən qətllər zorakılıq kimi qəbul edilmir

Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin

Bakı. İlhamə İsabalayeva - Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova əlavə edib ki, ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqlarının müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb.