Qlobal İKT xərcləri artacaq


Digərləri 07 Fev 2019 08:42:00 221 0

Qlobal İKT xərcləri artacaq

"IDC"nin analitikləri xəbərdarlıq edirlər ki, növbəti 5 il informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üçün asan olmayacaq.   Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4% yüksələrək 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2.9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar təşkil edəcək.   İKT kateqoriyaları arasında peşəkar xidmətlər seqmentində (bulud və rəqəmsal xidmətlər tədarükçüləri, həmçinin bu seqmentə aiddir) xərclər daha sürətlə artacaq.