Ötən ayın ən sürətli smartfonları SİYAHI


Digərləri 07 Fev 2019 08:21:00 212 0

Ötən ayın ən sürətli smartfonları  SİYAHI

Çinin "AnTuTu" şirkəti ən yüksək məhsuldarlığa malik smartfonların aylıq reytinqini təqdim edir. Yanvar siyahısında yalnız Çin istehsalçılarının modelləri yer alıb.

Son.az ICTnews-a istinadən bildirir ki, ötən ayın siyahısında ən yüksək pilləni reytinqdə 320 996 bal toplayan yeni "Nubia Red Magic Mars" smartfonu tutub.

Birinci nəsil "Nubia Red Magic" modeli "Snapdragon 835" prosessoru ilə təchiz edilib və artıq müasir rəqibləri ilə rəqabət aparmaq iqtidarında deyil. İkinci nəsil model isə "Snapdragon 845" çipinə malikdir. "Nubia Red Magic Mars" smartfonuna reytinqdə yüksək nəticəyə kompleks soyutma sistemi nail olmağa imkan verib.

Sonrakı mövqelərdə "Kirin 980" mobil platformalı beş "Huawei" qurğusu qərarlaşıb. Bu siyahıya "Huawei Mate 20" başçılıq edir, sonrakı pillədə "Honor V20" modeli yer alıb.