Uyğur qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır


Digərləri 07 Fev 2019 07:31:00 210 0

Uyğur qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır

Çinin Sincan vilayətində 10 milyon uyğur yaşayır. BMT-nin verdiyi məlumata görə, bir milyondan çox uyğur Çin hökümətinin repressiyalarına məruz qalaraq saxlanma mərkəzlərindədir. Rəsmi Pekin bu mərkəzləri "yenidən təhsil mərkəzləri" adlandırır və istənilən insan haqları pozuntusu hallarını rədd edir. Lakin saxlanma məntəqəsindən ABŞ-a qədər gələn uyğur qadının da təsdiqlədiyi kimi qanun pozuntuları halları barədə məlumatlar hələ də var.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu qadın öz uşaqları ilə Virciniya ştatının Feyrfəks şəhərində yaşayır. Paytaxt Vaşinqtonun kənarında yerləşən bu şəhər onun bir zamanlar ölüm və ya ömürlük həbs kimi qaşılaşdığı yerlərdən minlərlə kilometr uzaqdır.

"Heç zaman ABŞ-a gələcəyimi düşünə bilməzdim, Misirə gətsəm ən azından təhlükəsizlikdə olacağımı düşünürdüm", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

Sincanda Uyğur müsəlman ailəsində anadan olan Mihrigül Dursunun arzuları olub. O, TV reklamları modeli olub, sonradan Çində bir sıra müsəlman ölkələrinə səfər etmək imkanı verən ixracat firmasına işə düzəlib. Sonradan o, işi tərk edərək, Misir universitetinə qəbul olub, ailə qurub və üçəm övladları olub. 2015-ci ildə o, anasını görmək üçün evə dönüb, onun problemləri də elə o zaman başlayıb.

"Mən Urumçi hava limanında idim, onlar məni üç uşağımdan ayırdılar, ağzımı lentlə bağlayıb, başıma torba keçirdilər. Əllərimi qandalladılar və saxlanma düşərgəsinə apardılar", Mihrigül Dursun sabiq düşərgə məhbusu.​

BMT müsəlmanların bu saxlanma məntəqələrində dinlərini dəyişməyə məcbur edildiklərini bildirib. Çin rəsmiləri bunu inkar edir.

Mihrigül Çin rəsmilərinin onun casus olduğuna inandıqlarını və İslam dininindən dönmədiyi üçün işgəncələrə məruz qaldığını bildirir.

İşgəncələr zamanı artıq çox dözülməz olanda mən özümü saxlaya bilməyib, Ya Allah dedim, beləcə onlar bildilər", Mihrigül Dursun sabiq düşərgə məhbusu..