Bakıda AİAzərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə AltKomitəsinin 7ci iclası keçirilib


Siyasət 06 Fev 2019 23:52:00 264 0

Bakıda AİAzərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə AltKomitəsinin 7ci iclası keçirilib

Cari ilin 5-6 fevral tarixlərində Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata əsasən, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud-Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

Alt-Komitənin iclası qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə məhsuldar danışıqların aparılmasına imkan yaradan açıq və konstruktiv zəmində baş tutub.

Iclasın birinci günü tərəflər arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Növbəti gün isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

İclasın yekununda bundan öncəki görüşlərin nəticələrini və gələcək əməkdaşlıq proqnozlarını əks etdirən əməli nəticələr sənədi qəbul edilib.

İclasda Azərbaycan Respublikasının 26 dövlət qurumundan nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun nümayəndələri, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Aİ üzv ölkələrinin Bakıdakı diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.