ArnoldÇiari I sindromuna görə əməliyyat olunmuş qadın yenidən analıq sevincini yaşayıb


Digərləri 06 Fev 2019 23:57:00 271 0

ArnoldÇiari I sindromuna görə əməliyyat olunmuş qadın yenidən analıq sevincini yaşayıb

Səkkiz il əvvəl Arnold-Çiari I sindromuna görə əməliyyat olunmuş 27 yaşlı gənc qadın ikinci dəfə analıq sevincini yaşayıb. O, hamiləliyin əvvəlindən sonunadək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin ciddi nəzarəti altında olub.

Son.az xəbər verir ki, Klinikanın I mamalıq ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama ginekoloq-endokrinoloq Natəvan Axundova AZƏRTAC-a bildirib ki, hamiləlik zamanı düşük, vaxtından qabaq doğuş təhlükəsi, hamiləlik hipertenziyası, simptomsuz bakteriyauriya və böyrəkdə III dərəcəli hidronevroz, birincili hipotireoz, ana və döl qanının ABO üzrə izoseroloji uyğunsuzluğu aşkarlanıb: "Xəstədə tez-tez baş ağrıları, panik atak olmasına baxmayaraq, hamiləlik cərrahi yolla çəkisi 3 kiloqram 160 qram, boyu 53 santimetr olan körpənin doğulması ilə nəticələnib. Ana və körpə evə yazılıblar. Onu da qeyd etmək istərdim ki, qadın 2016-cı ildə ilk hamiləliyinin idarə olunmasını da klinikamıza həvalə etmişdi. Onda da hamiləlilik uğurla baş çatdırılmışdı".