Bu bölgəyə TURİST AXINI


Digərləri 06 Fev 2019 23:49:00 262 0

Bu bölgəyə TURİST AXINI

Türkiyənin Pəribacaları, Qaya kilsələri, yeraltı şəhər məskunlaşmaları və bir sıra digər tarixi yerləri ilə tanınan, ən əhəmiyyətli mədəniyyət və turizm mərkəzlərindən olan Kapadokyanı bu ilin ilk ayında 123 min 244 yerli və xarici turist ziyarət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nevşəhər valiliyinin yaydığı məlumata görə, Kapadokyaya gələn turistlərdən 56 min 807-si "Görəmə" açıq səma altında muzeyini, 26 min 970-i "Qaymaqlı" yeraltı şəhərini, 18 min 748-i isə "Dərinquyu" yeraltı şəhərini ziyarət edib.