Bəlğəmdən qurtulmaq üçün 5 VASİTƏ Hamının mətbəxində var


Digərləri 06 Fev 2019 23:38:00 587 0

Bəlğəmdən qurtulmaq üçün 5 VASİTƏ  Hamının mətbəxində var

Selik burunda ifraz olunan və müdafiə funksiyası yerinə yetirən yapışqan maddədir. Seliyin əsas funksiyası burun boşluğuna düşən tozu, allergenləri tutaraq saxlamasıdır. Amma lor orqanlarının iltihablaşması nəticəsində həddən artıq selik ifraz olunmağa başlanır ki, bu da öskürəyə və rinitə səbəb olur. 

Təbii vasitələrlə nazal iltihabı aradan aradan qaldırmaq mümkündür.    

Son.az medicina.az-a istinadən həmin vasitələri və onların faydalarını açıqlayır: 

1. Sarıkök

Sarıkökün tərkibində olan kurkumin maddəsi bakteriyaları məhv edərək seliyi təmizləyir və immuniteti artırır.

1 çay qaşığı sarıkökü, yarım çay qaşığı duzu 1 stəkan isti suya tökün və yaxşıca qarışdırın. Gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara etsəniz sinə bəlğəmindən və boğaz infeksiyasından qurtula bilərsiniz.  

2. Bal və limon

Bal və limon qarışığı güclü bakteriyaəleyhinə və göbələkəleyhinə xüsusiyyətə malikdir. Bu məhsullar immun sistemi gücləndirir və iltihabın qarşısını alır. 

1 x/q təbii balı 2 x/q limon şirəsi ilə qarışdırın və gündə 3 dəfə yeməkdən sonra qəbul edin. 

3. Duzlu su 

Boğaz ağrısını azaltmaq və bəlğəmi aradan qaldırmaq üçün gün ərzində 2 dəfə isti duzlu sudan istifadə edin.