Vitiliqo xəstəliyindən əziyyət çəkənlərə şad xəbər Dermatoloq açıqladı


Digərləri 06 Fev 2019 23:40:00 295 0

Vitiliqo xəstəliyindən əziyyət çəkənlərə şad xəbər  Dermatoloq açıqladı

Vitiliqo xəstəliyi dünyada geniş yayılmış xəstəliklərdəndir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, immun sisteminin öz özünə hücumu ilə əmələ gələn, dəri piqmentlərinin itirilməsi ilə müşahidə olunan vitiliqo, el arasında "ala xəstəliyi" üçün tibb elmi illərlə dəyişik müalicə metodları icad etməyinə baxmayaraq yaranma səbəbi məlum deyildi və buna görə də müalicəsi tapılmırdı.

Son illərin araşdırmalarında tapılan kəşflər bu xəstəliyin müalicəsində fərqli və çox müsbət nəticələrə gətirib çıxartdı.

Dermatoloq Dr. Azər Şamilov vitiliqo xəstəliyi haqqında bildirib: "Vitiliqo neçə illər ancaq dəri xəstəliyi kimi tanınıb və müalicəsi də buna uyğun aparılıb. Ancaq dəriyə fokuslanaraq lokallaşdırılmış müalicələrin həyata keçirilməsi, kremlərdən istifadə və şüa müalicələrinin tətbiqi xəstəliyin müalicəsində müvəqqəti həll yolu olmuş, xəstəlik sonradan təkrarlanıb və hətta pisləşdiyi hallar da olub.

Ancaq son illərdə xəstəliyin əsl səbəbi ortaya çıxıb. Vitiliqo autoimmun yəni əsasında immun sistemi olan bir xəstəlik kimi təsdiqlənib. Bununla da vitiliqo xəstəliyinin müalicəsində yeni ümidlər yaranıb".

Dr. Azər Şamilov vitiliqo haqqında gərəkənləri belə sıraladı:

- Vitiliqo sadəcə dəri xəstəliyi deyil.

- Vitiliqo özündə başqa xəstəlik və ya risk faktorlarını daşıyır.

- Vitiliqo ilə bərabər vitamin əskikliyi araşdırılmalıdır.

- Vitiliqo immun sistemi ilə bağlı bir xəstəlik olub, immun sisteminin zəiflənməsinə səbəb olur. İmmun sistemi gücləndikdə, xəstəlik tamam yox ola bilər və ya məhdud sayda qala bilər.