Ayağınızdan iy gəlirsə bunları edin


Digərləri 06 Fev 2019 23:21:00 241 0

Ayağınızdan iy gəlirsə bunları edin

Ayaqdan iy gəlməsi sosial problem olamaqla yanaşı, həm də sağlamlıq problemidir. Bəs ayaq qoxusunu necə yox etmək olar?  

Corabsız gəzin

Son.az medicina.az-a istinadən bildirir ki, evdə corabla gəzdikdə o, bütün bakteriyaları toplayaraq ayaq basdığınız hər tərəfə yayır. Bu səbəbdən də evdə corab və çəkələk geyinmədən gəzin. Bu, sizin ayağınızdan pis iy gəlməsinin qarşısını alacaq.

Corablarınızı tərs tərəfindən yuyun 

Coraplarınızı tərs  yuduğunuzda həm qoxusu yaxşı təmizlənir, həm də ayaqlara bakteriya yoluxdurmağın qarşısı alınmış olar. 

Ayaqlarınıza dezodorant vurun 

Dezodorantlar tərləməyin qarşısını alan maddələrdən ibarətdir.  Bu səbəbdən də  ayaqlarınıza dezodorant vurmaq, ayaqlarınızın tərləyərək pis iy gəlməsinin qarşısını alacaq.