Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR


Digərləri 06 Fev 2019 23:29:00 271 0

Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır  QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR

Evdəki kif və toz səbəbindən yaranan nəm qoxusu ev sakinlərinin sağlamlığına ciddi ziyan vura bilər. Bu, əsasən allergiya, nəfəs darlığı, qıcıqlanma kimi problemlər yaradır və xəstəliktörədən miroorqanzimlərin çoxalması üçün münbit şərait yaradır. 

Bəs evdəki nəm qoxusunu necə aradan qaldırmaq olar? 

Son.az medicina.az-a istinadən bunun yollarını açıqlayır: 

1) Qəhvə dənələri 

Qovrulmuş və ya üyüdülmüş qəhvə dənələrinin nəm qoxusunu yox edə biləcək qədər güclü bir iyi var. Hətta, zibil qoxusunu, geyim şkafındakı qoxunu və az havalandırılan yerlərdə olan pis iyləri aradan qaldırmaq üçün də istifadə etmək mümkündür. 

İstifadəsi

-Qəhvə çəyirdəklərini kiçik bir qaba qoyun və pis qoxu yayılan yerdə yerləşdirin. -Üyüdülmüş qəhvəni isə parça kisəyə tökərək bir yerdən asa bilərsiniz.

Limon şirəsi