Məşhur müğənni arıqlamaq üçün mədə botoksu etdirdi


Digərləri 06 Fev 2019 23:15:00 360 0

Məşhur müğənni arıqlamaq üçün mədə botoksu etdirdi

Məşhur türk müğənisi Safiye Soyman arıqlamaq üçün mədə botoksu etdirib. 

Son.az medicina.az-a istinadən bildirir ki, müğənni əməliyyat olunmaqdan qorxduğunu, ona görə də bu üsula əl atdığını deyib. 

"Əməliyyat olunmaqdan qorxuram. Bunun əvəzinə mədəmin mərkəzinə üzə edilən botoks proseduru edildi. Bu isə iştahamı kəsdi. Hazırda normal vaxtlarda yediyimin 1/4-ni yeyirəm. 20 günə 4 kilo arıqlayaraq 63 kilo olmuşam. Hədəfim isə 55 kilo olmaqdır", - deyə Soyman bildirib.

Safiya Soyman bu proseduru ən yaxın rəfiqəsi Seda Sayanın məsləhəti ilə etdirdiyini qeyd edib.  

Bəs mədə botoksu nədir? Həqiqətən işə yarayırmı?