Antiimmiqrant Andrey Babişlə bağlı növbəti qalmaqal başlanıb


Dünya 06 Fev 2019 22:47:00 267 0

Antiimmiqrant Andrey Babişlə bağlı növbəti qalmaqal başlanıb

Çexiyanın baş naziri milyarder Andrey Babiş Avropada qaçqınların qəbul edilməsinin və qeyri-leqal immiqrasiyanın əleyhinədir. Eyni zamanda, Praqadan 80 kilometr cənub-qərbdə yerləşən Mirovitsa yaşayış məntəqəsindəki quşçuluq fabriki Babişin özünə məxsusdur və burada elə həmin qeyri-leqal miqrantların əməyindən istifadə edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu faktı üzə çıxaran Almaniya KİV-ləri olub. Babişə məxsus "Agrofert" holdinqinin dövriyyəsinin həcmi milyardlarla ölçülür. Bu holdinqin müəssisələrində Avropa İttifaqına daxil olmayan ölkələrdən, o cümlədən Vyetnam, Ukrayna və Monqolustandan gəlmiş çoxsaylı qastarbayterlər işləyir.