Dünyanın ən nüfuzlu 15 hicablı qadını SİYAHI FOTO


Digərləri 06 Fev 2019 22:59:00 307 0

Dünyanın ən nüfuzlu 15 hicablı qadını  SİYAHI  FOTO

Bu günə qədər dünyanın ən nüfuzlu siyasətçi qadınları, dünyanın ən varlı qadınları kimi siyahıları oxuculara təqdim etmişik.

Son.az ölkə.az-a istinadən dünyanın ən uğurlu və güclü 15 qadınının siyahısını təqdim edir. Bu qadınlar müsəlmandırlar və hicab geyinirlər. Onlar cəmiyyətin və şərtlərin təzyiqinə, çətinliklərinə baxmayaraq, yüksək nəticələr əldə ediblər. Siyahını təqdim edirik.

1. Karolin Uoker Diallo

2015-ci ilin dekabr ayında Nyu-Yorkun Qurana əl basaraq and içən ilk hakim qadınıdır. Onun bu hərəkəti cəmiyyətdə həm mənfi, həm də müsbət reaksiyalara səbəb olmuşdu.

2. Həlimə Yaqub

Sinqapurin ilk qadın prezidentidir. Dünyada bəlkə də onu tanımayan çox az adam var.

3. İbtihac Məhəmməd

ABŞ Olimpiya yığmasının tarixində ilk hicablı qılıncoynadandır. Braziliyada keçirilən oyunlarda bürünc medal qazanıb.

4. Salma Yaqub

Siyasətçidir. Siyasi partiya lideri və eyni zamanda Birmingem bələdiyyəsi Şurasının üzvüdür.

5. Doktor Zəlihə Kamaruddin

Malayziyanın məşhur Beynəlxalq İslam Universitetinin rektorudur. Həyatının 28 ilini bu universitetə həsr edib. Paralel olaraq müxtəlif dövrlərdə yüksək dövlət vəzifələri də tutub.

6.Merve Kavakçı

Merve Türkiyənin Malayziyadakı səfiridir və hicabın əfsanəvi müdafiəçilərindən sayılır. Ankara universitetində tibb üzrə təhsil aldığı vaxt hicab geyindiyi üçün ali təhsil ocağından uzaqlaşdırılıb. Təhsilə davam etmək üçün ailəsi ilə birlikdə ABŞ-a köçür. Əvvəlcə Texas universitetinə daxil olur sonra isə Harvardda elmi dərəcə alır.

1999-cu ildə Türkiyə parlamentində təmsil olunan ilk hicablı qadın olub. O, andiçməyə hicabda gəlsə də, baş nazir buna sərt reaksiya göstərir. Tezliklə onu mandatdan və vətəndaşdıqdan məhrum etdilər. Bu gün isə vətəndaşlığını bərpa edib və Türkiyənin Malayziyadakı səfiridir.

7. Şamma bint Suhail Faris əl-Mazuri

Dünyanın ən gənc naziridir və 22 yaşı var. 2016-cı ildən Birləşmiş Ərəb Əmirliklərində gənclər naziri işləyir. 2015-ci ildə Oksford universitetini bitirib və siyasət üzrə magistr dərəcəsinə yiyələnib. Abu-Dabidəki Nyu-York universitetində də iqtisadiyyat üzrə bakalavr dərəcəsini alıb.