Dünya okeanının rəngi dəyişəcək


Digərləri 06 Fev 2019 22:20:00 207 0

Dünya okeanının rəngi dəyişəcək

XXI əsrin sonunadək dünya okeanı akvatoriyasının təxminən yarısı iqlimin qlobal istiləşməsi nəticəsində rəngini dəyişəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatda bildirilir.

"Nature" elmi jurnalında dərc edilən məruzədə okean sularının rənginin onun tərkibindəki fitoplanktonun qatılığından asılı olduğu deyilir. Qlobal istiləşmə fotosintez prosesini həyata keçirən yosunların çoxalması üçün zəruri olan okean axınına, temperaturuna və qidalı maddələrin saxlanmasına öz təsirini göstərir.