"Facebook Messenger"də yeni funksiya istifadəyə verilib


Digərləri 06 Fev 2019 22:28:00 251 0

"Facebook Messenger"də yeni funksiya istifadəyə verilib

"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Facebook Messenger"də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu funksiya vasitəsilə "Messenger"də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və "hamı üçün silmək" və ya "özün üçün silmək" funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.

Funksiyadan "iOS" və "Android" əməliyyat sistemlərinin sonuncu versiyalarının bütün istifadəçiləri yararlana bilər.