Kredit götürən şəxslə eyni məsuliyyəti bölüşən zamin


Digərləri 06 Fev 2019 22:16:00 237 0

Kredit götürən şəxslə eyni məsuliyyəti bölüşən zamin

Ekspertlər deyir ki, vətəndaşlar imza atıb zamin durmaqla, hansı məsuliyyəti çiyinlərinə götürdüklərinin fərqində olmalıdırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Günümüzdə krediti olmayan insan tapmaq çətindir desək, yanılmarıq. Müxtəlif səbəblərdən insanlar banklardan kreditlə pul götürürlər. Bankdan kreditlə pul götürməyi təmin edən əsas şərtlərdən biri də zamin olacaq şəxsin tapılmasıdır. Amma çox təəssüf ki, zamin olmaq məsələsində vətəndaşlarımız məlumatsızdırlar. Yəni pul götürənə zamin dururlar, lakin həmin şəxs pulu ödəyə bilməyəndə, bunu zaminin ödəməsi tələb ediləndə ciddi problemlər yaşanır. Belə ki, bu yaxınlar qeyd etdiyimiz məsələ ilə bağlı bir insident yaşanıb. Kredit götürən şəxs pulu ödəmədiyi üçün məhkəmə qərar verib ki, ödəniş zamin olanın maaş kartından tutulsun. Zamin şəxs isə bu qərardan narazıdır. Bildirir ki, kredit götürən şəxsin evi, avtomobili olduğu halda, hərraca çıxarılmayıb. O, iddia edir ki, banklar daha san yolu tuturlar: məsuliyyəti maaş kartı olan zaminin üzərinə yönəldirlər. Məsələnin sosial əhəmiyyətini nəzərə alaraq,  mütəxəssislərin fikirlərini öyrəndik.    Hüquqşünas Əkrəm Həsənov deyir ki, bankdan kredit götürənin həm girovu, həm də zamini varsa, borc onların hamısından eyni anda tələb edilə bilər: "İlk olaraq onu qeyd edim ki, əgər o, əmr icraatıdırsa, tərəfin iştirakı olmadan məhkəmə keçirilə bilər. Kiminsə kiməsə borcu var və borcu tələb edən tərəf məhkəməyə müraciət edərək bunun əmr icraatı formasında olmasını istəyir. Digər tərəfdən borclu olan şəxs də 10 gün içərisində həmin əmri çıxardan məhkəməyə etiraz vermək hüququna malikdir. Bu zaman əvvəlki əmr ləğv edilərək, tərəflərin iştirakı ilə yenidən məhkəmə keçirilir. Girov məsələsinə gəlincə isə ümumi olaraq, bütün vətəndaşlar bilməlidirlər ki, kimsə bankdan kredit götürən zaman həm girovu, həm də zamini varsa, borc onların hamısından eyni anda tələb edilə bilər. Yəni qanunda belə bir qayda yoxdur ki, əvvəlcə girov qoyulan əmlakdan, sonra zamindən pul tutulmalıdır. Proses hər ikisində eyni anda aparılır. Ola bilsin, girovlar da hərraca çıxarılıb, həmçinin zaminin də maaşından tutulur".


Xəbərə aid fotolar