Şöhrətdən alkoqolimzə bir addım


Digərləri 06 Fev 2019 22:00:00 184 0

Şöhrətdən alkoqolimzə bir addım

Məşhurların həyatına həsəd aparırlar. Dəbdəbəli evlər, bahalı istirahət, daimi qonaqlıqlar. Amma hər şey göründüyü kimi deyil. Bəziləri üçün şöhrət o qədər ağır olur ki, spirtli içkidə və digər pis vərdişlərdə sakitlik axtarırlar.

Son.az ölkə.az-a istinadən oxucularına sərxoşluğa qurşanan ulduzların siyahısını təqdim edir.

Lindsi Lohan

Karyerasına uşaqlıq illərindən başlayıb. Bu səbəbdən də yeniyetmə və təcrübəsiz qız narkotik və alkoqol qarşısında dayana bilmədi. Artıq 30 yaşına çatanda yüngüləxlaqlı və qalmaqallı insan obrazına malik idi, dəfələrlə qanunu pozmuşdu. Onun sərxoş vəziyyətdə etdiyi əməllər barədə hətta əfsanələr də dolaşır.

Zak Efron

Aktyor iki dəfə narkotik maddə asılılığından müalicə alıb. Sonra isə spirtli içkiyə qurşanıb. Deyilənə görə, hələ də bu vərdişdən yaxa qurtara bilmir.

Mel Qibson

Mel Qibsonun sərxoş əməlləri barədə çox adam bilir. Bir dəfə isə sərxoş halda sükan arxasına keçdiyi üçün onu saxlayan polisi döyməyə də cəhd edib. Bundan başqa, dəfələrlə ayıq başla ictimaiyyət arasında antisemit və rasist fikirlər səsləndirib.

Conni Depp

Hollivud ulduzu son bir neçə il ərzində bəxti gətirməyənlərdən sayılır. Ember Herdlə boşanma, uzanan məhkəmə prosesi, biznes-menecerinin yalanı və külli miqdarda vəsait itirmə. Jurnalistlərin fikrinə görə, baş verən problemlər fonunda Conni spirtli içkiyə güclü meyl salıb.

Ozzi Osborn

Musiqiçini ən məşhur alkoqoliklərdən biri adlandırırlar. Dəfələrlə sərxoş Osborn ailə mübahisələrinə səbəb olub. Buna görə də Ozzi spirtli içkidən qurtulmaq qərarına gəlib. O, iddia edir ki, 3 ildir ki, spirtli içki qəbul etmir.

Keyt Moss


Xəbərə aid fotolar