Türkiyənin hərbi gəmilərinin Ədən dənizində üzmə müddəti bir il uzadıldı


Dünya 06 Fev 2019 22:04:00 263 0

Türkiyənin hərbi gəmilərinin Ədən dənizində üzmə müddəti bir il uzadıldı

Türkiyə Silahlı Qüvvələrinin hərbi gəmilərinin Ədən körfəzində üzmə müddəti daha bir il uzadıldı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib. Bildirilir ki, Türkiyə bayrağı ilə üzən və bu ölkəyə bağlılığı olan mülki gəmilərin təhlükəsizliyini təmin edən hərbi gəmilər Ədən körfəzində fevralın 10-dan başlayaraq daha bir il fəaliyyət göstərəcək.