İcra başçısı: "Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb" FOTO


Digərləri 06 Fev 2019 21:41:00 320 0

İcra başçısı: "Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb"  FOTO

Ağsu rayonunda zəlzələdən ümumilikdə 48 evdə çatlar yaranıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyev deyib.

Rayonun zəlzələdən zərər çəkən yaşayış məntəqələrində olan Ə.Seyidəliyev bildirib ki, hadisə nəticəsində ən çox Kalva və Dilman kəndlərindəki evlərə ziyan dəyib:

"Bu kəndlərdə ümumilikdə 45 evdə çatlar var. Bəzilərində köhnə çatlar olub və zəlzələ zamanı böyüyüb. Hadisə nəticəsində evlər o qədər təhlükəli vəziyyətə düşməsə də, müəyyən yerlərdə iri çatlar var. Hazırda ərazidə sakitlikdir, komissiya araşdırmalarını davam etdirir. Ailələrin köçürülməsi səviyyədə təhlükə yoxdur. Sadəcə çatlar olan evlərin təmirə ehtiyacı var. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar qəbul ediləcək".


Xəbərə aid fotolar