Kaliforniyada "Luçian" qasırğası tüğyan edir


Dünya 06 Fev 2019 21:44:00 219 0

Kaliforniyada "Luçian" qasırğası tüğyan edir

Kaliforniyada böyük miqdarda yağıntının düşməsi və nəticədə təhlükəli sürüşmələrin əmələ gəlməsinə səbəb olan "Luçian" qasırğası tüğyan edir. Əsas şosedə hərəkət o dərəcədə təhlükəli olub ki, fevralın 5-də ştatın hakimiyyət orqanları Kaliforniya ştatındakı Epplgeytdən Nevada ştatının sərhədinədək ştatlararası 80-ci şoseni bağlamaq qərarına gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qrepvayn yaxınlığında ştatlararası 5-ci trasın ərazisindəki Texon aşırımı vasitəsilə hərəkətə Kaliforniya Yol Xidmətinin patrulları nəzarət edirdilər. Yağan sulu qar dağlarda torpağın yumşalmasına gətirib çıxarıb ki, bu da Frimont rayonunda 84-cü trasa qaya parçalarının düşməsinə səbəb olub. Buna görə də yol ikigünlük bağlanılıb. Analoji səbəb ucbatından San-Fransisko körfəzinin rayonunda 150-ci tras da bağlanılıb. San-Fransisko, Napa dairəsi və Sakramento vadisinə də görünməmiş miqdarda yağıntı düşüb.