Qazaxıstanda şaxtadan donaraq xəsarət alanlar var


Dünya 06 Fev 2019 21:38:00 233 0

Qazaxıstanda şaxtadan donaraq xəsarət alanlar var

Qazaxıstanda hava şəraiti kəskin dəyişib. Şaxtalı hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində təcili tibbi yardım məntəqələrinə soyuqdan donmuş insanlar gətirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Pavlodar şəhərində 8 nəfər şaxtadan donub.

Evsiz - "bomj" həyatı sürən şəxslər üçün xüsusi sığınacaq yeri təşkil edilib. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna olunmur.