Dünya səyahətinə çıxan Lukas Tovuzda VİDEO FOTO


Digərləri 06 Fev 2019 21:14:00 213 0

Dünya səyahətinə çıxan Lukas Tovuzda  VİDEO  FOTO

Polşalı turist Lukas Oqonovski iti ilə birgə dünya turuna çıxıb. Peşəsi ingilis dili müəllimi olan turist nə az-nə çox, düz 20-dək dil bilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əslən polyak olan 38 yaşlı Lukas Oqonovski velosipedlə dünya turuna başlayıb. Bu vaxta qədər dünyanın 56 ölkəsində olub. İndiyədək velosipedlə 52 min kilometr məsafə qət edib. İti isə ona dünya səyahətinə Gürcüstanın Kabuleti şəhərindən yoldaşlıq edir. Belə ki, yoldan keçərkən ac və susuz vəziyyətdə tapdığı iti elə Gürcüstan ərazisində baytara apararaq ona lazımi vaksin vurdurub, sonra isə sənədləşmə işinə başlayıb. İtə pasport alınmasına 350 dollar vəsait xərcləyib. Yol yoldaşına isə "Nuniya" adını qoyub.

Lukas dünya səyahəti zamanı "Nuniya"nın ona problem yaratmadığını deyir. "Nuniya" artıq əl işarələrini öyrəndiyindən Lukası asanlıqla başa düşür. Elə buna görə də sahibindən uzaqlaşmır.

Polşalı turist ölkəmizdə ilk dəfə olduğunu bildirir: "Azərbaycan ərazisində qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyük Kəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu, belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim".


Xəbərə aid fotolar