Döyüş hazırlığı: Azərbaycan hərbçiləri qış təliminə hazırlaşır


Digərləri 06 Fev 2019 21:17:00 254 0

Döyüş hazırlığı: Azərbaycan hərbçiləri qış təliminə hazırlaşır

Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyəyə yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar