Karl Marksın məzarına vandal hücumu olub


Digərləri 06 Fev 2019 21:02:00 205 0

Karl Marksın məzarına vandal hücumu olub

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına vandal hücumu olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.