Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”


Dünya 06 Fev 2019 20:54:00 201 0

Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

"Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını "Facebook" səhifəsində belə dəyərləndirib.

"Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq", - deyə o yazıb.