Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır (FOTO/VİDEO)


Digərləri 06 Fev 2019 20:40:13 212 0

Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Bakı. Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyəyə yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.