İrəvanı məhv edən 2 məsələ:


Dünya 06 Fev 2019 20:14:00 234 0

İrəvanı məhv edən 2 məsələ:

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər daxili və xarici siyasətində dəyişməyən, dəyişdirilməsi mümkün olmayan, dəyişdirilməsinə təşəbbüs edənlərin erməni xalqı və ya hər hansı gizli güc tərəfindən cəzalandırılan iki həyati məsələ var.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bunlardan birincisi qondarma erməni soyqırımı, ikincisi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi-Dağlıq Qarabağ məsələsidir:

"Bu iki məsələ Ermənistanda bəzi aşkar, yaxud gizli siyasi partiya və təşkilatlara görə dövlət strukturunun məhək daşıdır. Onların məntiqinə görə, bu məhək daşlarından hər hansı biri zəifləyərsə, yaxud hökumət bunlardan hər hansı birini həll etməyə çalışarsa, dövlətin təməli zəifləyər, hətta çökə bilər. Bu problemlər Ermənistan dövləti və xalqı üçün tabudur. İnanclı insanlar Allahın varlığını necə sorğulamırsa, ermənilər də bu iki məsələyə aid siyasi görüşlərindən əl çəkmirlər".

Politoloq qeyd edib ki, Ermənistan və ermənilər bu məsələ ilə bağlı alternativ fikirləri müzakirə edərək, həlli istiqamətində məntiqli addımlar atmadığı müddətdə bu iki məsələnin yaxın və uzaq gələcəkdə həll edilməsi imkanı yoxdur:

"Ermənistanda kiçik bir marjinal qrup bu problemlərin ermənilərin və Ermənistanın "ayağında qandal, belində donqar" olduğunu, dövlətin bölgə və beynəlxalq aləmlə iqtisadi, nəqliyyat, siyasi, təhlükəsizlik və hətta mədəni baxımdan bütünləşməsinin qarşısını aldığını bilir, anlayır və buna qarşı gücləri yetdiyi qədər mübarizə aparırlar. Bu qrupun lideri hələlik Ermənistanın ilk prezidenti olan Levon Ter Petrosyandır.