İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir


Dünya 06 Fev 2019 19:39:00 255 0

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər daxildir.

Toplantıda qırxa yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir "Gələcək üçün məsuliyyət" devizi altında keçirilir.

Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.


Xəbərə aid fotolar