Bakıda bir gündə iki mənzildən 30 min manatlıq oğurluq


Digərləri 06 Fev 2019 19:24:00 233 0

Bakıda bir gündə iki mənzildən 30 min manatlıq oğurluq

Bakıda bir gündə iki mənzildən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, fevralın 3-də Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib.

Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.

Zərərçəkən ev sahiblərinin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov qısa zamanda saxlanılıblar.


Xəbərə aid fotolar