Kürdəmirdə "KamAZ" aşıb, sürücüsü xəsarət alıb


Digərləri 06 Fev 2019 18:57:00 271 0

Kürdəmirdə "KamAZ" aşıb, sürücüsü xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Tahir Şiralı oğlu Cavadovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə T.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.