Avtomobillərin qənimi tutuldu


Digərləri 06 Fev 2019 18:37:00 276 0

Avtomobillərin qənimi tutuldu

Azərbaycanda yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib.

Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı 25-ci Polis şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.

Onların ətraflarında 25-ci Polis şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.


Xəbərə aid fotolar