ABŞ bu ölkədən hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda çıxaracaq


Dünya 06 Fev 2019 18:19:00 257 0

ABŞ bu ölkədən hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda çıxaracaq

"ABŞ-la "Taliban" hərəkatı arasındakı danışıqlarda fevralın əvvəlindən aprel ayının sonunadək bu ölkənin hərbi qüvvələrinin yarısının Əfqanıstandan çıxarılacağı vədi verilib".

Son.az report-a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən Əfqanıstandakı Tərəflərarası Forum zamanı "Taliban"ın sözçüsü Mövləvi Əbdüsalam Hənəfi jurnalistlərə bildirib.

"Taliban" nümayəndə heyətinin başçısı Şir Məhəmməd Abbas Stənikzai forumda hərəkata qarşı qüvvədə olan sanksiyaların sülhün əldə olunmasına əngəl yaratdığından onların ləğv edilməsi zərurətini diqqətə çatdırıb.